Əsas Səhifə > Hadisə > Ağstafada 2 nəfərin güllələnməsi ilə bağlı təfərrüat məlum olub - YENİLƏNİB-2
Ağstafada 2 nəfərin güllələnməsi ilə bağlı təfərrüat məlum olub - YENİLƏNİB-21-11-2019, 12:32 |
![]() Ağstafa rayonunda 2 nəfərin güllələnməsinin bəzi təfərrüatı məlum olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəxsi münasibətlər zəminində törədilib. Belə ki, dünən kənd ərazisində toy mərasimi olub. Toyda iştirak edən 1989-cu il təvəllüdlü Sərxan Mehman oğlu Məmmədov Bakıdan gələn qonaqlara sataşıb, bu zaman əmisi Qabil Məmmədov ona iradını bildirib. S.Məmmədov əmisinə bıçaqla hədə qorxu da gəlib. Tərəflər arasında mübahisə ətrafdakılar tərəfindən sakitləşdirilib. Bu gün isə Q.Məmmədov kənd ərazisində yerləşən çayxanaların birinin həyətində çay içərkən S.Məmmədov "Mercedes" markalı avtomobillə çayxananın önünə gəlib və tüfənglə avtomobildən atəş açaraq əmisini vurub və daha sonra avtomobillə ərazidən uzaqlaşıb. Hadisə zamanı əmisinin yaxınlığında olan Yusif Əlləcov da xəsarət alıb və hər iki şəxs xəstəxanaya aparılıb. Onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. *** 15:09 Ağstafa rayonunda gənc oğlan əmisini və onun dostunu güllələyib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1989-cu il təvəllüdlü Sərxan Məmmədov əmisi Q.Məmmədovu və onun dostu Y.Əlləcovu odlu silahdan açdığı atəşlə yaralayıb. Faktla bağlı araşdırmalara başlanılıb. *** 13:46 Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar. Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |