Əsas Səhifə > İdman > Avropa çempionatı: Azərbaycan İsraildə daha bir medal qazandı

Avropa çempionatı: Azərbaycan İsraildə daha bir medal qazandı


1-11-2019, 10:40
Avropa çempionatı: Azərbaycan İsraildə daha bir medal qazandı

İsraildə keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının ikinci günü də Azərbaycan gimnastları üçün uğurlu olub.

Akrobatlarımız Avropa çempionatında daha bir bürünc medal qazanıblar. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü də oktyabrın 31-də final mərhələsində fəxri kürsüyə yüksəlib.

“Report” xatırladır ki, yarışın birinci günü də idmançılarımız üçün uğurlu olub. Belə ki, təmsilçilərimizdən Murad Rəfiyev və Daniel Abbasov bürünc medal qazanıblar.

Ruhbrika.Az
Geri qayıt