Əsas Səhifə > İdman > “Bavariya” sarsıdıcı məğlubiyyətdən sonra məşqçını istefaya göndərdi

“Bavariya” sarsıdıcı məğlubiyyətdən sonra məşqçını istefaya göndərdi


4-11-2019, 10:12
“Bavariya” sarsıdıcı məğlubiyyətdən sonra məşqçını istefaya göndərdi

Münhen “Bavariyası” baş məşqçı Niko Kovaç ilə yollarını ayırdığını bildirib. Müqavilə qarşılıqlı anlaşma əsasında ləğv olunub.

Bavariya”nın rəyasət heyətinin sədri Karl-Haynts Rummenige bildirib ki, komandanın son uğursuzluqları klub rəhbərliyini hərəkətə gətirib. Baş məşqçi səlahiyyətlərini müvvəqqəti olaraq Qans Flik icra edəcək. O komandanı Çempionlar Liqasında “Olimpiakos”la oyuna hazırlayacaq.

Qeyd edək ki, noyabrın 2-də “Ayntraxt” münhenliləri darmadağın edib – 5:1. Komanda 10 turdan sonra 4-cü yeri tutur.

Kovaç “Bavariya”ya ötən ilin yayında gəlib. O klubu Bundesliqanın qalibi etsə də Çempionlar Liqasında “Liverpul”a məğlub olub.

Rubrika.az
Geri qayıt