Əsas Səhifə > Hadisə > Sumqayıtda sevgilisini qətlə yetirən şəxsin məhkəməsi başladı

Sumqayıtda sevgilisini qətlə yetirən şəxsin məhkəməsi başladı


4-11-2019, 12:10
Sumqayıtda sevgilisini qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə ittiham olunan Seymur Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Rubrika.Az-in Virtualaz.org-a istinadla xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qətl hadisəsi bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, "Mərkəzi bazar" deyilən ərazidə baş verib. Optik eynək satılan dükanların birində Seymur Abdullayev şəxsi münasibətlər zəminində sevgilisi Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılıb, əməliyyat olunub. G.Əmənova 11 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

S. Abdullayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Barəsində həbs-qətimkan tədbiri seçilib.

Rubrika.Az
Geri qayıt