Əsas Səhifə > Hadisə > Türkiyə Ordusu daha bir xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Türkiyə Ordusu daha bir xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi


4-11-2019, 17:23
Türkiyə Ordusu daha bir xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı İraqın şimalında birgə əməliyyat keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində adı “qırmızı” kateqoriyalı axtarış siyahısında olan PKK terrorçusu zərərsizləşdirilib.

Öldürülən PKK terrorçusunun Metina bölgəsində qruplaşmaya rəhbərlik edən Müsluh İke olduğu bildirilib. M.İkenin Türkiyənin hərbi hissələrinə hücumların təşkilatçısı olduğu, eləcə də ölkə ərazisində terror aktları planlaşdırdığı deyilir.

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə” antiterror əməliyyatının davam etdiyini bildirib.

Türkiyə məşhur terrorçunun məhvedilmə anının görüntülərini də yayıb.

Rubrika.Az
Geri qayıt