Əsas Səhifə > Hadisə > Azərbaycanlı axtarışa verildi - 500 MİN RÜŞVƏT

Azərbaycanlı axtarışa verildi - 500 MİN RÜŞVƏT


4-11-2019, 18:40
Azərbaycanlı axtarışa verildi - 500 MİN RÜŞVƏT

Rusiyada Orenburq hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını 500 rubl rüşvət üçün il yarım axtarışa verib.

Virtualaz.org bildirir ki, bu barədə Orenburq prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Yaxın zamanda məhkəmə qurulacaq.

Məlumata görə, 2017-ci ildə Orenburqda qırmızı işıqda keçdiyinə görə saxlanılan Azərbaycan vətəndaşı polisə cəza yazmaması üçün 500 rubl rüşvət verməyə çalışıb. Daha sonra sözügedən Azərbaycan vətəndaşı xaricə qaçıb. İl yarım ərzində o, 500 rubla görə axtarılıb. Hazırda o tapılaraq Orenburq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Rubrika.Az
Geri qayıt