Əsas Səhifə > Hadisə > Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi
Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi5-11-2019, 09:22 |
|
Türkiyə məhv edilmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin böyük bacısını həbs edib. “Associated Press” xəbər verir ki, 65 yaşlı Rəsmiyə Avad Suriyanın şimal-qərbində Azaz şəhəri yaxınlığında saxlanılıb. O ekstremist qruplaşmasının üzvü olmaqda günahlandırılır. Saxlanılan zaman qadınla birlikdə onun əri, 5 uşağı və gəlini də olub. Həbs olunanlar dindirilib. Əbu Bəkr əl-Bağdadinin bacısının həbs edilməsi Türkiyədə böyük uğur hesab olunur. Ehtimal edilir ki, qadının qaçıb gizlənən terrorçular haqqında məlumatı var. Rubrika.az Geri qayıt |