Əsas Səhifə > Hadisə > Gürcüstana qanunsuz yolla keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb
Gürcüstana qanunsuz yolla keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb6-11-2019, 10:15 |
![]() Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin S.Q, 2015-ci il təvəllüdlü Bədirova A.V, 2015-ci il təvəllüdlü Mirzəyev R.H, 2016-cı il təvəllüdlü Bukavazina M.A, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |