Əsas Səhifə > Araşdırma > Emin Zeynalovun səhhəti pisləşdi, məhkəmə təxirə düşdü
Emin Zeynalovun səhhəti pisləşdi, məhkəmə təxirə düşdü5-11-2019, 12:32 |
|
GünayBank”ın keçmiş sədr müavini və “Xəzər” futbol klubun prezidenti olmuş, dələduzluqda təqsirləndirilən Emin Zeynalovun məhkəməsi keçirilməli idi. Rubrika.Az-in “Qafqazinfo”a istinadla verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına olan prosesdə baxış iclası baş keçiriləcəkdi. Lakin dustaq E. Zeynalov Penitensiar Xidmət tərəfindən məhkəməyə gətirilmədiyi üçün iclas baş tutmayıb. Məlumata görə, E. Zeynalov səhhətində problem olduğu üçün məhkəmə olmayıb. Proses noyabrın 13-də davam etdiriləcək. E.Zeynalov 18 nəfərə 14 milyon manat ziyan vurmaqda ittiham olunur. Onun pul “atdığı” adamlar içərisində yüksək vəzifəli şəxslər də var. Emin Zeynalov 2000-2004-cü illərdə "BUSBank"ın (hazırkı "Kapital Bank") rəhbəri olmuş Zakir Zeynalovun oğludur. Z.Zeynalov daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri olub və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir. Rubrika.Az Geri qayıt |