Əsas Səhifə > Hadisə > Keçmiş məhkum İçərişəhərdə quldurluq edib
Keçmiş məhkum İçərişəhərdə quldurluq edib6-11-2019, 11:47 |
![]() Bakıda quldurluq hadisəsi baş verib. Rubrika.az-in “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 2-də paytaxtın İçərişəhər M.Maqomayev küçəsində baş verib. Belə ki, saat 12:30 radələrində naməlum şəxs Bakı şəhər sakini C.Rüstəmbəylini bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Daha sonra C.Rüstəmbəyli hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |