Əsas Səhifə > Hadisə > “Müsavat”ın mitinqi təxirə salındı - YENİLƏNİB
“Müsavat”ın mitinqi təxirə salındı - YENİLƏNİB6-11-2019, 16:11 |
|
“Müsavat” Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb. Partiya başqanı Arif Hacılı Trend-ə bildirib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Müsavat” Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər. Qeyd edək ki, BŞİH “Müsavat” Partiyasının müraciətinə baxıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. 15:23 Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib. Oxu.Az-ın məlumatına görə, BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib. Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb. Rubrika.Az Geri qayıt |