Əsas Səhifə > Hadisə > “Azəriqaz” internat məktəbini məhkəməyə verdi

“Azəriqaz” internat məktəbini məhkəməyə verdi


7-11-2019, 16:03
“Azəriqaz” internat məktəbini məhkəməyə verdi

“Azəriqaz” İstehsalat Birliyi qazdan istifadəyə görə borcu yaranan məktəbi məhkəməyə verib.

Rubrika.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, qurum Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Balakən Şəhər Əsas İnternat Məktəbinə qarşı "təbii qazdan istifadəyə görə 2552,28 manat məbləğində əsas borc, 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, ümumilikdə 2582,68 manat borcun tutulması" tələbi ilə iddia qaldırıb.

Hakim Vidadi Qasımov məhkəməyə təqdim olunan sənədləri nəzərdən keçirdikdən sonra iddianın əsaslı olduğuna qərar verib və məktəbin “Azəriqaz”a 2582, 68 manat ödəməsi haqda qərar çıxarıb.

Rubrika.az
Geri qayıt