Əsas Səhifə > Hadisə > Başçı təyin edilən gənc deputat kimdir? – Dosye
Başçı təyin edilən gənc deputat kimdir? – Dosye12-11-2019, 13:27 |
|
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, E.Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S.Puşkin adına olan, hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbi 1992-ci ildə qızıl medalla bitirib. 1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun Cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir. 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və İdman Komitəsinin, həmçinin Elm və Təhsil Komitəsinin üzvüdür. Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur. Rubrika.Az Geri qayıt |