Əsas Səhifə > Hadisə > Bakı metrosunda qatarlar yenə gecikib
Bakı metrosunda qatarlar yenə gecikib13-11-2019, 11:21 |
![]() Bakı metrosunda qatarların hərəkət intervalında gecikmə olub. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisəyə səbəb sərnişinlərin sayının çoxluğu olub: “Bu gün səhər saatlarında bəzi stansiyalarda sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyyə gecikməsinə səbəb olur. Qatar stansiyadan gec çıxdığı üçün tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır. Nəticədə, bəzi stansiyalarda interval 4-5, “İçərişəhər” və “20 Yanvar” stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın normaya salınması üçün işlər görülür”. B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb. Rubrika.az Geri qayıt |