Əsas Səhifə > Hadisə > Bakı sakininin evindən külli miqdarda narkotik vasitə götürülüb
Bakı sakininin evindən külli miqdarda narkotik vasitə götürülüb14-11-2019, 09:52 |
![]() Bakı şəhər sakininin evindən külli miqdarda narkotik vasitə götürülüb. Rubrika.Az-in "Report"a istinadla xəbərinə görə, hadisə noyabrın 12-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində baş verib. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Cavidan Babayevin yaşadığı ünvana baxış zamanı həyətində yerləşən istixanada 316 ədəd ümumi çəkisi 12 kq 710 qram çətənə kolları, yataq otağından 1 kq 159.457 qram qurudulmuş marixuana, kibrit qutusunda olan 5.501 qram bitki toxumları (kannabisi),1 ədəd sənədsiz qoşalüləli ov tüfəngi, 7 ədəd patron və 2 ədəd tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Rubrika.Az Geri qayıt |