Əsas Səhifə > Hadisə > Atasının məzarına heç vaxt getməyən Zaur: Mənə o daş lazım deyil

Atasının məzarına heç vaxt getməyən Zaur: Mənə o daş lazım deyil


14-11-2019, 16:43
Atasının məzarına heç vaxt getməyən Zaur: Mənə o daş lazım deyil

Zaur Baxşəliyevin dünyasını dəyişən atası ilə bağlı "Bizimləsən"də çıxışı hər kəsi qəhərləndirib.

Rubrika.Az Milli.Az-a istinadla xəbər verir ki, aparıcı atasının məzarına heç vaxt getmədiyini bildirib.

Zaur Baxşəliyev bunun səbəbini tamaşaçıların qarşısında belə izah edib:

"Mən qəbiristanlığa getmirəm. Atam dəfn olunduğu qəbiristanlığa getmirəm. Çünki mənə o daş lazım deyil. O şəkildən, buz kimi daşdan baxan şəkil mənə lazım deyil. Mənə o canlı lazım idi və o bu həyatda yoxdur. İstəyirsiniz məni qınayın, nə istəyirsiniz deyin. Bir insan həyatda nə qədər varsa, onun başına pərvanə kimi dolanmaq lazımdır. Bir insan ölüb gedəndən sonra ha get o daşı qucaqla, gözünün yaşını tök o daşın dibinə. Nə mənası var?".

Rubrika.Az
Geri qayıt