Əsas Səhifə > Hadisə > Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır

Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır


18-11-2019, 15:33
Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır

Xəzər dənizində neftçi itkin düşüb.

Rubrika.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.

Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, "Azgerneft" MMC-nin işçidir: "İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir".

Rubrika.Az
Geri qayıt