Əsas Səhifə > Hadisə > Deputatlığa namizədin özünə sevgili axtarması müzakirələrə səbəb oldu
Deputatlığa namizədin özünə sevgili axtarması müzakirələrə səbəb oldu18-11-2019, 17:46 |
|
Qatı sağçı olan deputatlığa namizəd və televiziya ulduzu olan Mişel Devberi tanışlıq saytında həyatının eşqini axtarırır. Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, deputatlığa namizədin bu addımı geniş müzakirələr yol açıb. Ötən ay 40 yaşı tamam olan Mişel Devberinin "Brexit" partiyasından deputatlığa namizədliyi irəli sürülüb. Bütün gözlər sağçı Brexit Partiyasının namizədi və televiziya ulduzu Mişel Devberidə olsa da, onun gözünün tanışlıq saytlarında olması məlum olub. Tinder adlı tanışlıq saytında qeydiyyatdan keçən Mişel Devberi şəxsi məlumat bölməsində görüş tələblərini qeyd edib. O, siqaret çəkməyən və Ceremi Korbin tərəfdarı olmayan kişilərlə görüşəcəyini açıqlayıb. Qeyd edək ki, Ceremi Korbin Böyük Britaniyanın Leyboristlər Partiyasının lideridir. Milletvekili adayı Michelle Dewberry, hayatının aşkını internette arıyor! Mişel Devberi əlavə edib ki, monoqamiyaya inanır və dürüstlüyə əhəmiyyət verir. Spontan olmaq və çox düşünmədən qərar vermək Devberi üçün vacib məsələlərdir. O daha sonra fikirlərinə müsbət cavab almaqdan xoşlandığını qeyd edib. O, məlumat bölməsinə həyatını paylaşmaq üçün maraqlı insanı tapacağını həyəcanla gözlədiyini də əlavə edib. Milletvekili adayı Michelle Dewberry, hayatının aşkını internette arıyor! Mişel Devberi son olaraq 2017-ci ildə sevgilisindən ayrılıb. Mişel Devberi 2006-cı ildə "The Apprentice" adlı realiti şounun qalibi olmuşdu. Daha sonra ingilis iş adamı Alan Sugar ilə 100 min funt-sterlinqlik bir kontrakta imza atmışdı. Rubrika.Az Geri qayıt |