Əsas Səhifə > Təhsil > Novruz Məmmədov yeni vəzifəyə təyin olundu

Novruz Məmmədov yeni vəzifəyə təyin olundu


19-11-2019, 16:43
Novruz Məmmədov yeni vəzifəyə təyin olundu

Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub.

Rubrika.Az xəbər verir ki, bu barədə APA-ya universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib.

Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmlər üzrə prorektoru vəzifəsinə təyin edilib və sabah onun universitetdə təqdimatı olacaq.

Rubrika.Az
Geri qayıt