Əsas Səhifə > Hadisə > Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu
Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu19-11-2019, 16:50 |
|
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub. Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu aşırımında qeydə alınıb. AAYDA-nın yollara nəzarət edən avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində AAYDA-nın əməkdaşları-Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. T. Rüstəmov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |