Əsas Səhifə > Hadisə > İsrailin hərbi aviasiyası Dəməşqi atəşə tutdu
İsrailin hərbi aviasiyası Dəməşqi atəşə tutdu20-11-2019, 10:36 |
![]() İsrail hərbi təyyarələri Suriya ordusuna və İslam İnqilabı Keşikçilərinin “Əl-Qüds” batalyonuna məxsus mövqelərinə zərbələr endiriblər. TASS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hava zərbələri İranın Suriyada yerləşən qüvvələri tərəfindən İsrail ərazisini raket atəşinə tutmasına cavab olub. Qeyd olunur ki, hava zərbələri “yer-göy” tipli raketlərin anbarlarına və hərbi bazalara endirilib. Daha əvvəl Suriya KİV-ləri ölkənin havadan müdafiə qüvvələrinin Dəməşq səmasında bir neçə raketi məhv etməsi haqqında məlumat veriblər. Qeyd edək ki, ötən gecə Suriya ərazisindən İsrailin nəzarəti altında olan Holan yüksəkliklərinə raket atəşi edilib. Rubrika.Az Geri qayıt |