Əsas Səhifə > Təhsil > Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb
Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb21-11-2019, 16:53 |
![]() Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. Rubrika.Az Geri qayıt |