Əsas Səhifə > Hadisə > Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdi
Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdi25-11-2019, 09:28 |
|
Bu gün qatarların gecikməsi səbəbindən “Bakı Metropoliteni”nində sənişin sıxlığı yaşanıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib. O bildirib ki, gecikməyə səbəb qatarda yaranan nasazlıq olub: “Səhər saat 08:30 radələrində metronun “Həzi Aslanov” stansiyasında qatarda nasazlıq yaranıb. Maşinist qatarda nasazlıq ehtimalı ilə qaydalara uyğun olaraq əlavə baxış keçirib. Nəticədə qatar stansiyada 4 dəqiqə yubanıb”. Qeyd edək ki, dünən səhər saatlarında da qatarlarda problem yaranmış, iki stansiyada hərəkət dayanmışdı. Rubrika.Az Geri qayıt |