Əsas Səhifə > İdman > “Sevilya” “Qarabağ”la oyun öncəsi təcrübəli futbolçusunu itirdi
“Sevilya” “Qarabağ”la oyun öncəsi təcrübəli futbolçusunu itirdi25-11-2019, 12:23 |
![]() İspaniyanın “Sevilya” klubu ciddi itki ilə üzləşib. Əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi kapitanı Xesus Navası itirib. Komandanın 34 yaşlı futbolçusunun La Liqanın XVI turunun “Valyadolid”lə (1:0) matçında zədələndiyi bildirilir. Sol ayağında ağrılar hiss edən “Mançester Siti”nin sabiq futbolçusu görüşün 89-cu dəqiqəsində serbiyalı futbolçu Nemanya Qudellə əvəzlənib. Onun durumuna bu gün aydınlıq gələcək. Qeyd edək ki, “Sevilya” – “Qarabağ” qarşılaşması noyabrın 28-də baş tutacaq. Rubrika.Az Geri qayıt |