Əsas Səhifə > Hadisə > Əziz Qaralov: "Bibiheybətdə uçqun az da olsa davam edir"
Əziz Qaralov: "Bibiheybətdə uçqun az da olsa davam edir"25-11-2019, 12:54 |
![]() "Bibiheybətdə az da olsa uçqunlar davam edir". Bu fikri musavat.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Planlama ekspedisiyasının mütəxəssisi Əziz Qaralov deyib. O, bildirib ki, proses dünən gecə saatlarında baş verib. Bu haqda ötən həftə mətbuata açıqlamamda demişdim ki, ərazidə təzyiq var. Biz ötən il də burada monitorinq aparmışdı və müşahidə etmişdik ki, ərazidə bir neçə yerdə istinad divarı qarın verib. Yəni Bibiheybət məscidinin yaxınlığında dəniz istiqamətinə doğru təzyiq var. Son günlər yağıntıların çox olması isə vəziyyətə təsir etdi və sürüşmə baş verdi". Onun sözlərinə görə, hadisə nəticəsində ərazidə yerləşən istinad divarı 150 metr məsafədə tamamilə çöküb: “İnsanların və nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əraziyə giriş-çıxış başlanıb. Hazırda müvafiq tədbirlər görülür”. Ə. Qaralov uçqun tipli qopma prosesinin davam edəcəyinin ehtimal olunduğunu deyib. RUBRİKA.AZ Geri qayıt |