Əsas Səhifə > Səhiyyə > Bakıda daha 6 tələbə qız zəhərləndi
Bakıda daha 6 tələbə qız zəhərləndi26-11-2019, 10:18 |
![]() Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib. Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəm qazından zəhərlənənlər Xəzər Universitetinin tələbələridir. Tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir". *** Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb. Digər iki qız müalicələrini davam etdirir. Rubrika.az Geri qayıt |