Əsas Səhifə > Hadisə > Çakır Bakıya gəlir
Çakır Bakıya gəlir26-11-2019, 15:49 |
|
Noyabrın 29-da Park Bulvar AVM-də məşhur türkiyəli aktyor Oqtay Kaynarcanın imza günü keçiriləcək. Kult.az xəbər verir ki, O.Kaynarca Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən “Kiğılı” mağazasının açılışında iştirak edəcək və sevənləri ilə görüşəcək. Elə həmin gün, noyabrın 29-u saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində məşhur aktyorun imza günü olacaq. Qeyd edək ki, Oqtay Kaynarca daha çox "Qurdlar vadisi" serialında canlandırdığı "Süleyman Çakır" rolu ilə tanınır. Rubrika.Az Geri qayıt |