Əsas Səhifə > Hadisə > Ərdoğan “S-400” məsələsini NATO qaydaları ilə həll edəcək
Ərdoğan “S-400” məsələsini NATO qaydaları ilə həll edəcək27-11-2019, 12:34 |
|
Türkiyə 2020-ci ilin aprelinə qədər NATO ilə Rusiyalı istehsalı “S-400” zenit raket komplekslərinin istifadəsinə dair mübahisəli məqamları tənzimləyəcək. “RİA Novosti” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Aprelə qədər davam edəcək proses mövcuddur. Söhbət “S-400”ləri istifadə etmək, ya da etməməkdən getmir. NATO qaydaları çərçivəsində atılmalı addımlar var”, - Ərdoğan bildirib. Ərdoğan NATO Baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Donald Trampın da sözügedən prosesə müsbət baxdıqlarını qeyd edib. Rubrika.Az Geri qayıt |