Əsas Səhifə > Hadisə > Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub
Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub27-11-2019, 11:23 |
![]() Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub. Rubrika.Az-in “Report”a istinadla xəbərinə görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü S.Qarayev noyabrın 16-da evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək S.Qarayevin itkin düşdüyünü bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, S.Qarayev həmin gün Türkiyəyə gedib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |