Əsas Səhifə > Araşdırma > Prokurorluq "Bakı Ağ Şəhər Bulvarı"ında baş verən hadisə ilə bağlı məlumat yayıb
Prokurorluq "Bakı Ağ Şəhər Bulvarı"ında baş verən hadisə ilə bağlı məlumat yayıb27-11-2019, 11:28 |
![]() Bakı Şəhər Prookurorluğu "Bakı Ağ Şəhər Bulvarı"ında baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən xəbərə görə, noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə "Bakı Ağ Şəhər Bulvarı" ərazisində özünü dənizə atıb. Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb. Hazırda İlahə Avcının səhhəti normaldır. Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır. Rubrika.Az Geri qayıt |