Əsas Səhifə > Hadisə > Nənə olan Elza Seyidcahan: “Nəvəmə qudamın adını qoydum”
Nənə olan Elza Seyidcahan: “Nəvəmə qudamın adını qoydum”28-11-2019, 16:54 |
|
Nənə olan əməkdar artist Elza Seyidcahan “Show News” verilişində maraqlı açıqlamalarla çıxış edib. Rubrika.Az teleqraf.com-a istinadən xəbər verir ki, əməkdar artist illərdir nəvə həsrəti çəkdiyini dilə gətirib: “Çox həyəcanlı və duyğuluyam. Oğlum Ələkbər illərdir evli idi. Bu nəvəni səbirsizliklə gözləyirdik. Nəvəmə qudamın adını qoymuşam – Akif. Hamı təəccüblənir ki, niyə onun adı?! Çünki onun 3 qızı var, oğlu yoxdur. Həm də Akif çox gözəl qayınatadır. İstərdim ki, nəvəm Akif də babası kimi şəxsiyyətli oğul olsun. Öz babamın adı Şərafəddindir. İnşallah, nəvələrimin birinə də o adı qoyacağam”. Rubrika.Az Geri qayıt |