Əsas Səhifə > Bölgə > İcra başçısı mikrorayonda qəbul keçirib - Foto

İcra başçısı mikrorayonda qəbul keçirib - Foto


2-12-2019, 11:27
İcra başçısı mikrorayonda qəbul keçirib - Foto

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34-42 ünvanında sakinlərin müraciətlərini dinləyib.

Rubrika.az xəbər verir ki, mikrorayonda, o cümlədən 20 Yanvar küçəsi, Cavadxan küçəsi, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə müraciətlərini ediblər.

Sakinlərdən Həsənov Tofiq, Qafarova Gülbəyim, Məmmədov Cavad, Süleymanova Güləxanım, Həsənov Bəxtiyar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin və qanunsuz çəpərlərin yığışdırılması, mənzil ilə təmin olunma, yolüstü piyada keçidi, həyətlərin işıqlandırılması və abadlaşdırılma barədə müraciətlər etmiş, təkliflər irəli sürüblər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbulun gedişində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə yerlərdə həyətlərin abadlaşdırılması, ətraf mühitin və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər vurğulanıb.

Sonra RİH başçısı ağacəkmə aksiyasında iştirak edib. Aksiya zamanı Asif Məhərrəmov küçəsi boyunca həmişəyaşıl ağaclar əkilmiş, yaşıllıqlara qulluq edilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34,38,42,46 ünvanları əhatə edən məhəllədə “Abad həyət” layihəsi çərçivəsində aparlan abadlıq-quruculuq işləri başa çatdırılmış və yenidən qurulmuş 4 həyət sakinlərin istifadəsinə verilib.

İcra başçısı mikrorayonda qəbul keçirib - Foto
İcra başçısı mikrorayonda qəbul keçirib - Foto
İcra başçısı mikrorayonda qəbul keçirib - Foto
İcra başçısı mikrorayonda qəbul keçirib - Foto

Riubrika.az
Geri qayıt