Əsas Səhifə > Hadisə > Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub -VİDEO-YENİLƏNİB
Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub -VİDEO-YENİLƏNİB2-12-2019, 11:55 |
![]() Şəmkirdən 5 nəfərin ölümü ilə nəticələnən qəzada avtomobillərdən birinin - "Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Tural saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, sürücünün ifadəsi alınıb. *** Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır. "Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Turalın “VAZ-21011” markalı avtomobildə həlak olanlarla qohum olduğu bildirilir. Hadisə ailənin “VAZ-21011”lə toy məclisindən qayıdarkən baş verib. “VAZ-21011” markalı avtomobildə ölən 5 nəfərdən başqa bir nəfər - Əliyev Rəşad Rasim oğlu ağır xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. **** Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb. Rubrika.az Geri qayıt |