Əsas Səhifə > Dünya > Tramp Netanyahu ilə İrandan gələn təhdidləri müzakirə etdi

Tramp Netanyahu ilə İrandan gələn təhdidləri müzakirə etdi


2-12-2019, 15:30
Tramp Netanyahu ilə İrandan gələn təhdidləri müzakirə etdi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin netanyahu ilə görüşərə, İran və ikitərəfli məsələləri müzakirə edib.

Rubrika.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cud Diir açıqlama verib. O, liderlərin İrandan gələn təhdid, eləcə də digər ikitərəfli və regional məsələləri müzakirə etdiklərini bildirib.

Netanyahu isə dünən verdiyi açıqlamada Avropa ölkələrini İranla bağlı siyasətlərinə görə, tənqid edib və bu kursun dərhal dəyişdirilməli olduğunu deyib. Baş nazir Avropa ölkələrinin İranı ABŞ-ın sanksiyalarından azad etməyə çalışdıqlarını və bununla həm özlərinin, həm də digər ölkələrin fəalkətinə səbəb olacaqlarını vurğulayıb. O, sanksiyaların genişləndirilməsinə və Tehranın daha da zəiflədilməsinə ehtiyac olduğunu deyərək, Avropa ölkələrini ABŞ-ın yanında dayanmağa çağırıb.

Qeyd edək ki, ötən həftə daha 6 ölkə - Danimarka, Belçika, Finlandiya, Hollandiya, Norveç və İsveç Avropa şirkətlərini İranla ticarətdə ABŞ sanksiyalarından qorumağı, Tehranla nüvə sazişini və ticarəti qanuni çərçivədə davam etdirməyi təmin edən İNSTEX müxanizminə qoşulduqlarını açıqlamışdılar.

Rubrika.Az
Geri qayıt