Əsas Səhifə > Bölgə > Laçında erməni polis maşını və bahalı avtomobillər görüntüləndi...-FOTO
Laçında erməni polis maşını və bahalı avtomobillər görüntüləndi...-FOTO2-12-2019, 16:01 |
|
Müstəqil(!) Azərbaycan Respublikasının işğal altındakı Laçın rayon mərkəzində vaxtilə "poçtun kruqu"(“poçt dairəsi”) deyilən məkanda sülənən ermənilərin “yol polisi” avtomobili və digər bahalı xarici markalı maşınlarının görüntüləndiyi foto yayılıb. Rubrika.az moderator.az-a istinadla xəbər verir ki, həmin təsviri sosial şəbəkədə bəhs edilən rayondan didərgin olan Pərviz Məlik Laçın adlı istifadəçi paylaşıb. Qeyd edək ki, sözügedən məkan Xankəndi-Şuşa-Gorus və Laçın-Qubadlı-Füzuli-Bakı avtomobil yollarının kəsişdiyi dairə olmaqla hər iki istiqamətdə rayon mərkəzinin giriş-çıxışıdır... P.S. Görüntülərdən bir daha bəlli olur ki, “acından ölən” ermənilər işğal altındakı torpaqlarda, özü də dəniz səviyyəsindən1500-2000 metr yüksəklikdə yerləşən, yəni relyef və iqlim baxımından yaşayış şərtləri çətin olan dağlıq bir ərazidə heç də bizlərin, o cümlədən qaçqın və məcburi köçkünlərin Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə, Bərdədə dolandığımızdan pis dolanmırlar.... Rubrika.Az Geri qayıt |