Əsas Səhifə > Hadisə > Paşinyan Azərbaycan torpağındakı “prezident”liyə namizədlər”ə də ruh verdi…
Paşinyan Azərbaycan torpağındakı “prezident”liyə namizədlər”ə də ruh verdi…3-12-2019, 11:02 |
|
Bundan sonra Azərbaycan Prezidentinin onunla növbəti görüşündən müsbət nəticə gözləmək olarmı?.. Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 30 və dekabrın 1-də Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz “işgüzar” səfərdə olarkən işğalçı hərbi hissələrə baş çəkməklə yanaşı, qondarma separatçı rejimin “prezidentliyinə namizədlər”lə də görüşüb. Rubrika.Az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya mediası da məlumat yayıb. İşğalçı ölkə rəhbərinin öz “Facebook” səhifəsində qeyd etdiyinə görə, o, hazırkı rejim başçısı Bako Saakyanın iştirakı ilə bu vəzifəyə iddia edən namizədlərlə 2020-ci ildə keçiriləcək “parlament və prezident seçkiləri" və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə edib. "Mən bir daha öz mövqeyimi təsdiq etdim ki, “Artsax”da gözlənilən prezident və parlament seçkiləri azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməlidir. Bu, çox vacibdir və Ermənistan hökuməti bu məsələdə Artsax hakimiyyətinə dəstək verəcək"- deyə Paşinyan bildirib. Görüşdə Azərbaycan torpaqlarında qondarılmış erməni qurumunun “prezidentliyinə namizəd”lər: separatçı rejimin “parlament sədri” sayılan Aşot Qulyan, “xarici işlər” qurumunun rəhbəri Masis Mailyan, “Azad vətən” partiyasının sədri Araik Arutyunyan və yerli “Daşnaksutyun” “parlament” fraksiyasının üzvü David İşxanyan iştirak ediblər. Məlumata görə, əsas “namizəd”lərdən biri, Nikol Paşinyanın baş nazir vəzifəsində fəaliyyəti barədə daim tənqidi bəyanatlarla çıxış edən rejim “təhlükəsizlik şurası”nın sabiq katibi" Vitali Balasanyan iştirak etməyib. Xatırladaq ki, separatçı-terrorçu rejimin digər bir neçə namizədi arasında bir erməni qadın - Kristina Balayan da var. Bako Saakyan isə növbəti “seçkilər”də namizədliyini irəli sürməyib... P.S. Paşinyan kefi istəyəndə dövlət sərhəddimizi pozub işğal altındakı torpaqlarımıza gəlir, oradakı işğalçı hərbçiləri nəinki özgə torpaqlarında daha da möhkəmlənməyə, növbəti işğallara belə, ruhlandırır, separatçı rejim rəhbərlərinə və “prezident”liyə namizəd”lərə 2020-ci ildəki qanunsuz “seçki”lərin “demokratik və şəffaf” keçirilməsi üçün dəstək verəcəyini vəd edir. Bundan sonra Azərbaycan Prezidentinin onunla növbəti görüşündən, danışıqlarından hansısa müsbət nəticə gözləmək olarmı?... P.P.S. Yox, bu dəfə baş diplomatımız Məmmədyarov Bratislavada ayrılmaz həmkarı Mnatsakanyanı, Hacıbala demiş, sökəcək... Rubrika.Az Geri qayıt |