Əsas Səhifə > Mədəniyyət > Baş nazirin Katibliyinin yeni rəisi kimdir? - FOTO
Baş nazirin Katibliyinin yeni rəisi kimdir? - FOTO4-12-2019, 09:46 |
|
Ötən gün Baş nazir Əli Əsədovun sərəncamına əsasən, Ələsgər Ələsgərov Baş nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Rubrika.Az Oxu.Az-a istinadla Ələsgər Ələsgərovun dosyesini təqdim edir: Ə.Ələsgərov 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarə edilməsi ixtisasları üzrə təhsil alıb. O, 2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə işləyib. Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş nazirin köməkçisi vəzifəsində çalışırdı. Rubrika.Az Geri qayıt |