Əsas Səhifə > Hadisə > Köçəryanın məhkəməsi yenidən təxirə salındı - GƏLƏN İL KEÇİRİLƏCƏK
Köçəryanın məhkəməsi yenidən təxirə salındı - GƏLƏN İL KEÇİRİLƏCƏK4-12-2019, 10:02 |
![]() Ermənistanın sabiq prezidenti Robert Köçəryanın məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb. Virtualaz.org erməni KİV-lərə bildirir ki, bu ay yenidən keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Buna səbəb hakimin dekabrın 10-dan məzuniyyətə çıxması göstərilib. Bildirilir ki, Köçəryanın vəkili təxirə salınmadan əvvəl müvəkkili haqda həbs qətiimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirəsini tələb edib. Prokuror isə eks-prezidentin hüquq müdafiəçilərini “yersiz ərizələr”lə məhkəmə prosesinin uzanmasına səbəb olmaqda günahlandırıb. Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb. RUBRİKA.AZ Geri qayıt |