Əsas Səhifə > Hadisə > Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var - YENİLƏNİB

Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var - YENİLƏNİB


4-12-2019, 10:45
Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var - YENİLƏNİB

Saatlıda baş verən qəzada yaralanan şəxs ölüb.

Qatarla avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, digəri yaralanıb.

Vəziyyəti ağır olan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

10:25

Saatlıda qatar avtomobillə toqquşub.

Oxu Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, qatar “VAZ 2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sabirabadlı olduğu bildirilən bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

10:01

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, bir nəfər hadisə yerində ölüb, bir nəfər yaralanıb.

Rubrika.Az
Geri qayıt