Əsas Səhifə > Müsahibə > Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq
Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq4-12-2019, 11:27 |
![]() Bu gün Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, nazirlər Slovakiyanın paytaxtı Bratislavada görüşəcəklər. Qeyd edək ki, Elmar Məmmədyarov dekabrın 3-də Bratislavaya şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir. Məmmədyarov və Mnatskanyanın görüşü də ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə nəzərdə tutulub. Rubrika.Az Geri qayıt |