Əsas Səhifə > Hadisə > ATƏT XİN başçıları Qarabağ, Ukrayna və Dnestryanını müzakirə edirlər

ATƏT XİN başçıları Qarabağ, Ukrayna və Dnestryanını müzakirə edirlər


5-12-2019, 15:24
ATƏT XİN başçıları Qarabağ, Ukrayna və Dnestryanını müzakirə edirlər

Slovakiyanın paytaxtı Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) "Xalqlar, dialoq və sabitlik naminə" şüarı altında iclası başlayıb.

RUBRİKA.AZ virtualaz.org-a istinadla bildirir ki, görüşün əsas mövzusu ATƏT məkanındakı münaqişələrin nizamlanmasıdır.

Toplantıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.

XİN başçıları Dağlıq Qarabağ, Ukraynanın şərqindəki və Dnestryanı bölgədəki münaqişələrin həllini də müzakirə edirlər.

RUBRİKA.AZ
Geri qayıt