Əsas Səhifə > Hadisə > MSK sabah toplanır - NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNƏ GÖRƏ
MSK sabah toplanır - NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNƏ GÖRƏ6-12-2019, 11:35 |
![]() Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. MSK-dan virtualaz.org-a bildiriblər ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qərar veriləcək. Toplantı saat 14:00-da başlayacaq. Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb. Parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. RUBRİKA..AZ Geri qayıt |