Əsas Səhifə > Hadisə > ETSN rəsmisi: Daha yaşıl Azərbaycan naminə belə aksiyalar davam etdiriləcək
ETSN rəsmisi: Daha yaşıl Azərbaycan naminə belə aksiyalar davam etdiriləcək6-12-2019, 11:47 |
![]() “Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub. Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir”. Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri Vüqar Kərimov bildirib. O, qeyd edib ki, ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu gün Müşviqabad qəsəbəsinin ərazisində minlərlə ağac əkiblər. “Bütün respublikanı əhatə edən ağacəkmə kampaniyası həm böyük şairin irsinin dünyada tanıdılmasına, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların daha da artırılmasına, eyni zamanda insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə xidmət edir. Əminik ki, bu tədbirlə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq və daha yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək”,- V.Kərimov bildirib. Rubrika.Az Geri qayıt |