Əsas Səhifə > Hadisə > “Fəlakət” boşanma xəbərindən danışdı: “Öz ailələrinə baxsınlar...”
“Fəlakət” boşanma xəbərindən danışdı: “Öz ailələrinə baxsınlar...”6-12-2019, 16:56 |
![]() “Fəlakət” obrazı ilə populyarlaşan aktyor Elşən Orucov boşanması barədə yayılan xəbərlərə münasibət bildirib. Musavat.com-a açıqlama verən aktyor yayılan xəbərləri şayiə adlandırıb: "Ailəmdə hər sey yaxşıdır. Bilmirəm niyə mənim haqqımda belə yazılar yazırlar?! İstəməzdim mən bu haqda danışım. Yalan məlumatdır, belə bir şey yoxdur. Bunu yalnız reytinq xatirinə edirlər. Nəyisə danışanda dönüb öz ailələrinə, arxasındakı insanlara baxsınlar. Hərənin öz fikri, öz baxışı var. İnsanlara mən maraqlıyam. Ailəm mənə məxsusdur". Bu günlərdə "Youtube"da yeni internet verilişinin aparıcılığına başlayan aktyor, növbəti qonağının Elməddin Cəfərov olacağını deyib: "İlk dəfədir ki, Fəlakət veriliş aparır. Onun öz yanaşması, öz yansıması var. İynəli suallar da var həmin zarafatların içərisində...İnanıram ki, heç kəs məndən inciməyəcək. Bu verilişin efirdə yayımlanması təklif olunsa bu barədə düşünmək olar. Verilişin keyfiyyətli olmasına çalışırıq. Sözsüz ki, yaxşı ssenari üçün mütləq zaman lazımdır. Tənqid etmirəm, bəzi nüansları çatdırmalıyam. Filmərin dayanmasının səbəbi biz deyilik, ümümi problemlər var. Bu problemlərin öz həllini tapacağına inanıram". Elşən Orucov çəkildiyi filmlərdə aldığı qonorarlardan da danışıb: "Bu Şəhərdə" kollektivindən də təklif gəlsə, razı olaram. Məni hər yerdə görmək olar. Çünki, mən hamı ilə dostluq edirəm. Yaxşı təklif olsa, əlbəttə! Ən böyük qonorarın qədərini deməyəcəm. Sadəcə ətrafımdakılara qıcıq yaratmasın deyə açıqlamaq istəmirəm. Azərbaycanda ən çox qonorar alanlar sırasında birinciyəm". Rubrika.Az Geri qayıt |