Əsas Səhifə > Hadisə > Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib
Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib9-12-2019, 10:34 |
![]() Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə dekabrın 7-də paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30-da baş verib. Belə ki, saat 13 radələrində Qıxlarov Elmar Mərdan oğlu 1998-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızına və onun qardaşı, 1994-cü il təvəllüdlü Mənsimli İlkin Əbil oğluna iki dəfə bıçaq zərbəsi endirərək xəsarət yetirib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır. Rubrika.Az Geri qayıt |