Əsas Səhifə > Hadisə > Şagirdləri Atatürkə səcdəyə məcbur edən direktorlar işdən qovuldu...
Şagirdləri Atatürkə səcdəyə məcbur edən direktorlar işdən qovuldu...9-12-2019, 16:43 |
|
Hər bir ölkədə siyasi bütpərəstlik xalqı köləyə döndərməyə xidmət edən çox təhlükəli bir amildir... Türkiyədə Atatürkün növbəti anım günündə bəzi məktəblərdə icra edilmiş və siyasi bütpərəstlik anlamına gələn ifrat bayağı tədbirlər qalmaqala səbəb olub. Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, İstanbuldakı Hasan Özaydın, Fatma Şensoy ibtidai məktəblərində və digər bir neçə təhsil ocağında Türkiyə Respublikası qurucusunun 10 Noyabr anım günündə məktəb rəhbərliyi və müəllimlər şagirdləri Atatürkün təsvirləri qarşısında nəinki baş əyməyə, başlarını yerə qoyub səcdə etməyə vadar ediblər. Bu barədəki xəbərlər Türkiyənin istər əksər siyasi, istərsə də dini kəsimi tərəfindən hiddətlə qarşılanıb. “TRTHaber”in verdiyi son məlumata görə, ölkə Təhsil Nazirliyinin qərarı ilə bəhs edilən məktəblərin direktorları vəzifələrindən azad edilib... P.S. Hər hansı bir ölkədə ən ali xidmətlər göstərmiş liderlə belə bağlı siyasi bütpərəstlik xalqı köləyə döndərməyə xidmət edən, ölkəni gerçək tərəqqidən uzaqla Rubrika.Az Geri qayıt |