Əsas Səhifə > Hadisə > Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir

Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir


10-12-2019, 16:21
Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir

Xəbər verdiyimiz kimi, Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib. Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub

Rubrika.Az-ın xəbərinə görə, “Virtualaz.org”a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum - APA media holdinqi və Real TV müraciət edib.

Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

Rubrika.Az
Geri qayıt