Əsas Səhifə > İdman > Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq


11-12-2019, 15:37
Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Avropa çempionatındakı rəqibləri bəlli olub.

Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Almaniyada atılan püşkdə millimizin kiçik ölkələrin yer aldığı səbətdə mübarizə aparacağı məlum olub.

Komandamız Ermənistan, İrlandiya və Andorra ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.

Rubrika.Az
Geri qayıt