Əsas Səhifə > İdman > Avropa Liqasının 1/16 finalının səbətləri dəqiqləşib
Avropa Liqasının 1/16 finalının səbətləri dəqiqləşib13-12-2019, 12:35 |
![]() Avropa Liqasında 1/16 final mərhələsinin püşkatmasının səbətləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 16-da baş tutacaq püşkatma mərasimində 32 iştirakçı komanda 16 cüt təşkil edəcək. Püşkdən öncə iştirakçılar iki səbətə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlərdən olub. Çempionlar Liqasından gələn 8 komanda reytinqinə görə bu səbətlərə bölünüb. Onlardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlərə daxil edilib. Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Səpələnmişlər “Ayaks” (Hollandiya)* “Arsenal” (İngiltərə) “Bazel” (İsveçrə) “Benfika” (Portuqaliya)* “Braqa” (Portuqaliya) “Espanyol” (İspaniya) “Gent” (Belçika) “İnter” (İtaliya)* “Başakşəhər” (Türkiyə) LASK (Avstriya) “Malmö” (İsveç) “Mançester Yunayted” (İngiltərə) “Porto” (Portuqaliya) “Sevilya” (İspaniya) “Zalsburq” (Avstriya)* “Seltik” (Şotlandiya) Səpələnməmişlər APOEL (Kipr) “Alkmaar” (Hollandiya) “Bayer” (Almaniya)* “Ayntraxt” (Almaniya) ÇFR (Rumıniya) “Brügge” (Belçika)* “Kopenhagen” (Danimarka) “Xetafe” (İspaniya) “Lüdoqorets” (Bolqarıstan) “Olimpiakos” (Yunanıstan)* “Reyncers” (Şotlandiya) “Roma” (İtaliya) “Şaxtyor” (Ukrayna) “Sportinq” (Portuqaliya) “Volfsburq” (Almaniya) “Vulverhempton” (İngiltərə) Rubrika.Az Geri qayıt |