Əsas Səhifə > Hadisə > Paşinyanın mətbuat katibi “Lazarev klubu”nda qalmaqal yaratdı...
Paşinyanın mətbuat katibi “Lazarev klubu”nda qalmaqal yaratdı...13-12-2019, 16:44 |
|
V.Karapetyan təşkilatçılardan erməni dilinə hörmət bəsləməyi tələb edib... “..."Lazarev klubu" nun eyni dərəcədə bir Ermənistan və Rusiya tədbiri olduğunu, yəni bir erməni-rus klubu olduğunu nəzərə alaraq "Dövlət dili haqqında" qanunun tələblərini rəhbər tutmağınızı xahiş edirəm”. Rubrika.Az moderatoraz-a istinadla xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bunu Ermənistan baş naziri N.Paşinyanın mətbuat katibi Vladimir Karapetyan bəhs edilən klubun İrəvandakı növbəti yığıncağının təşkilatçılarına müraciət edərkən söyləyib. Daim bütün çıxışçıların "böyük qardaş"a yarınmaq əlaməti olaraq rusca danışdığı tədbirdəki çıxışını rus dilində başlayan hökumət təmsilçisi gözlənilmədən ermənicə danışmağa başlayıb. "Ən azı, sinxron tərcümə təmin edilməlidir. Təşkilatçılara müraciət edirəm ki, növbəti dəfə tədbir "Dövlət dili haqqında" qanunun tələbləri nəzərə alınmaqla təşkil edilsin”-deyə V.Karapetyan tələb edib. Qeyd edək ki, bu gün İrəvanda “Lazarev klubu”nun "Rusiya və Ermənistan kütləvi informasiya vasitələri: səmimi söhbət" mövzusunda üçüncü iclası keçirilir. Klubun təşkilatçısı Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulindir. Geri qayıt |